ELEKTRON XİDMƏTLƏR PORTALI

Energetika Nazirliyinin Apellyasiya Şurasına müraciət qəbulu

Energetika Nazirliyinin aidiyyəti struktur bölməsi və ya Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumları, Nazirliyin təsisçisi olduğu, səhmlərinin saxlanılması və ya idarə olunması Nazirliyə həvalə olunmuş hüquqi şəxsləri tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək.

Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.

Energetika Nazirliyinin Apellyasiya Şurasının e-poçt ünvanı: apellyasiya@minenergy.gov.az


Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı. © Energetika Nazirliyi 2018. Bütün hüquqlar qorunub

Please publish modules in offcanvas position.