Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

REQLAMENT

Tələb olunan sənədlər:

Fiziki şəxslər üçün Hüquqi şəxslər üçün
1

Lisenziya almaq üçün Ərizə forması

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü

Lisenziya almaq üçün Ərizə forması

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü

   Ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
 2    Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin skan forması
 3 Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin skan forması
 4 Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin skan forması
 5 Obyektin  istismara verilməsi barədə təsdiqedici sənədin skan forması 
 6 Tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədin skan forması 
7 Tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq ərazi orqanının təsdiqedici sənədinin skan forması
   Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin nömrəsini daxil edərək göndərir və ya real vaxt rejimində elektron formada rüsum ödənişini həyata keçirir.
 8 Lisenziya almaq üçün dövlət rüsumu
 9 Elektron ərizə Elektron ərizə

Dövlət rüsumu: 5500 manat

Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği" Əlavə №2

Zəhmət olmasa gözləyin!