Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

REQLAMENT

Tələb olunan sənədlər:

Fiziki şəxslər üçün Hüquqi şəxslər üçün
1

Lisenziya almaq üçün Ərizə forması

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü

Lisenziya almaq üçün Ərizə forması

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü

   Ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
 2    Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin skan forması
 3 Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin skan forması
 4 Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin skan forması
 5 Obyektin  istismara verilməsi barədə təsdiqedici sənədin skan forması 
 6 Tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədin skan forması 
   
 7 Lisenziya almaq üçün dövlət rüsumu
 8 Elektron ərizə Elektron ərizə

Dövlət rüsumu: 5500 manat

Azərbaycan Respublikası Prezidentinin 29.12.2006-cı il tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği" Əlavə №2

Zəhmət olmasa gözləyin!